Veb-sayt hazırlanması

Müştəri sizi internetdə axtarır. Tapırmı?

İnsanlar almadan əvvəl internetdə baxır. Saytınız yoxdursa, köhnədirsə və ya telefonda pis açılırsa, onlar sizə yox, tapdıqları başqasına yazır.

Tanış gəlir?

Bu cümlələr sizindirsə,
doğru yerdəsiniz.

Instagram-dan başqa heç yerdə yoxam.
Saytım var, amma telefonda pis açılır.
Saytdan heç kim yazmır, sadəcə “olsun deyə” var.
Google-da məni tapmırlar, rəqibləri tapırlar.

Nə daxildir

Məqsədinizə uyğun sayt.

📄

Vizitka və satış səhifələri

Bir səhifə, bir məqsəd: ziyarətçi müştəriyə çevrilsin və yazsın.

🧑‍💼

Şəxsi və portfel saytları

İşinizi və təcrübənizi peşəkar şəkildə göstərin.

🏢

Korporativ saytlar

Şirkətinizi, xidmətlərinizi və komandanızı etibarlı formada təqdim edin.

🛒

Onlayn mağazalar

Kataloq, səbət, sifariş — və sonradan anbar sisteminizə qoşula bilən.

♻️

Mövcud saytların yenilənməsi

Köhnə saytı müasir, sürətli və mobil uyğun edin.

🔎

SEO və texniki dəstək

Google-da tapılmaq üçün iş və saytın daim qaydasında işləməsi.

Nəticədə

Sayt sizin üçün işləyir, siz yox.

Gözəl görünmək kifayət deyil. Sayt müştərini aparmalıdır: baxdı, inandı, yazdı.

sayt-hazirdir
Telefonda sürətli və rahat açılır
Müştəri bir toxunuşla WhatsApp-a və ya formaya keçir
Google-da tapılmağa hazır struktur
Gələcəkdə CRM, anbar və botlara qoşula bilir
Lazım olanda dəyişmək və genişləndirmək asandır

Suallar

Tez-tez verilən suallar

Biznesim üçün hansı həll daha uyğundur?

Bunu ilk danışıqda birlikdə müəyyənləşdiririk. Əvvəlcə işinizin necə qurulduğunu və sizi ən çox nəyin yorduğunu öyrənirik, sonra uyğun həlli təklif edirik: bəzən bu sadə bir sayt, bəzən bot, bəzən də tam idarəetmə sistemidir. Məqsəd sizə lazım olanı qurmaqdır, artığını yox.

Layihənin qiyməti necə müəyyən edilir?

Qiymət layihənin funksiyalarından və iş həcmindən asılıdır. Ehtiyacınızı analiz etdikdən sonra təklif hazırlayırıq; iş həcmi, qiymət və təhvil müddəti işə başlamazdan əvvəl razılaşdırılır.

İş nə qədər vaxta hazır olur?

Müddət layihənin həcmindən asılıdır: sadə sayt ilə tam idarəetmə sistemi eyni vaxt aparmır. Təhvil müddəti işə başlamazdan əvvəl razılaşdırılır və təklifdə göstərilir.

Mövcud saytımı və ya AI ilə hazırladığım tətbiqi yoxlaya bilərsiniz?

Bəli, bu ayrıca xidmətimizdir. Backend, verilənlər bazası, performans, təhlükəsizlik və kod strukturunu yoxlayırıq, tapılan problemləri və həll yollarını izah edirik.

Ödəniş necə həyata keçirilir?

50% işə başlayanda, qalan 50% iş təhvil veriləndə. Yəni qalan hissəni nəticəni görüb qəbul etdikdən sonra ödəyirsiniz.

Sabahdan müştərilər sizi tapsın.

Hansı sayt lazım olduğunu bilmirsinizsə, problem deyil — ilk danışıqda birlikdə müəyyənləşdiririk.

Yazmaq sizi heç nəyə məcbur etmir. Əvvəlcə sadəcə danışırıq.

Təklif al Yazın