AI və avtomatlaşdırma

Siz yatanda da müştəriyə cavab verilsin.

Eyni suala təkrar-təkrar cavab yazmaq, eyni məlumatı bir neçə yerə köçürmək — bunları maşın edə bilər. Siz isə vaxtınızı biznesi böyütməyə sərf edirsiniz.

Tanış gəlir?

Bu cümlələr sizindirsə,
doğru yerdəsiniz.

Müştəriyə gec cavab verirəm və müştəri gedir.
Hər gün eyni suallara eyni cavabları yazıram.
Məlumatları bir sistemdən digərinə əl ilə köçürürəm.
Yeni sifariş gələndə vaxtında xəbərim olmur.

Nə daxildir

Təkrarlanan işləri sistemə verin.

✈️

Telegram botları

Sifariş qəbulu, bildirişlər, müştəriyə avtomatik cavablar.

💬

WhatsApp botları

Müştərinin artıq istifadə etdiyi kanalda dərhal cavab.

🤖

AI əsaslı müştəri dəstəyi

Tez-tez verilən sualları AI cavablandırır, çətin hallar sizə ötürülür.

⚙️

Təkrarlanan işlərin avtomatlaşdırılması

Hər gün əl ilə etdiyiniz addımları sistem edir.

🔗

Sistemlər arası inteqrasiyalar

Sayt, CRM, anbar və mesajlaşma bir-biri ilə danışır.

🔔

Bildirişlər və xatırlatmalar

Sifariş, ödəniş və vacib hadisələrdən dərhal xəbər tutursunuz.

Nəticədə

Heç bir müştəri cavabsız qalmır.

Bot gecə də, bayramda da işləyir. Siz isə yalnız həqiqətən sizə lazım olan işlərlə məşğul olursunuz.

avtomatlasdirmadan-sonra
Müştəri sualına dərhal cavab
Sifarişlər avtomatik qəbul olunur və qeydə alınır
Eyni məlumatı təkrar yazmağa ehtiyac qalmır
Vacib hadisələrdən dərhal bildiriş
Mövcud sistemlərinizlə işləyir

Suallar

Tez-tez verilən suallar

Biznesim üçün hansı həll daha uyğundur?

Bunu ilk danışıqda birlikdə müəyyənləşdiririk. Əvvəlcə işinizin necə qurulduğunu və sizi ən çox nəyin yorduğunu öyrənirik, sonra uyğun həlli təklif edirik: bəzən bu sadə bir sayt, bəzən bot, bəzən də tam idarəetmə sistemidir. Məqsəd sizə lazım olanı qurmaqdır, artığını yox.

Mövcud məlumatlarımı yeni sistemə köçürmək mümkündür?

Bəli. Excel cədvəlləri və digər mənbələrdəki məlumatlarınız analiz mərhələsində qiymətləndirilir və yeni sistemə köçürülməsi planlaşdırılır — sıfırdan başlamağa ehtiyac qalmır.

Layihənin qiyməti necə müəyyən edilir?

Qiymət layihənin funksiyalarından və iş həcmindən asılıdır. Ehtiyacınızı analiz etdikdən sonra təklif hazırlayırıq; iş həcmi, qiymət və təhvil müddəti işə başlamazdan əvvəl razılaşdırılır.

İş nə qədər vaxta hazır olur?

Müddət layihənin həcmindən asılıdır: sadə sayt ilə tam idarəetmə sistemi eyni vaxt aparmır. Təhvil müddəti işə başlamazdan əvvəl razılaşdırılır və təklifdə göstərilir.

Ödəniş necə həyata keçirilir?

50% işə başlayanda, qalan 50% iş təhvil veriləndə. Yəni qalan hissəni nəticəni görüb qəbul etdikdən sonra ödəyirsiniz.

Vaxtınızı geri alın.

Gün ərzində hansı işi təkrar-təkrar etdiyinizi danışın — onu avtomatlaşdırmağın yolunu tapaq.

Yazmaq sizi heç nəyə məcbur etmir. Əvvəlcə sadəcə danışırıq.

Təklif al Yazın